Maliyyə bazarlarının tənzimləyiciləri | Banco.az

Maliyyə bazarlarının tənzimləyiciləri

Iqtisadi münasibətlərin fəal inkişafı, maliyyə bazarlarının yeni seqmentlərinin əmələ gəlməsi və onun üzvlərinin daim artmasının bu münasibətləri tənzimləyən qaydalar eləcə də normativ-hüquqi bazanın yaranmasını şərtləndirir. Lakin onların davranışı üzərində nəzarət həyata keçirən xüsusi yaradılmış orqanlar olmadan bu qayda və normaların əhəmiyyəti o qədər də böyük olmazdı. Məhz buna görə maliyyə bazarının iştirakçılarının fəaliyyəti üzərində nəzarət və onların koordinasiyası üçün müvafiq təşkilatlar – tənzimləyicilər yaradıldı. Onların əsas prioritet məsələlərindən biri maliyyə xidmət bazarlarının qeyri-peşəkar iştirakçılarının maraq və hüquqlarının qorunması idi. Lakin qeyd etmək lazımdır ki, maliyyə bazarlarının heç də bütün seqmentləri səmərəli tənzimləmə alətlərinə malik deyildilər.

Qiymətli kağızlar bazarından fərqli olaraq Foreks valyuta bazarında konkret tənzimləmə sistemi yoxdur. Bu, ilk növbədə onunla əlaqədardır ki, Foreks valyuta bazarının mərkəzləşmiş qərargahı yoxdur. Bu, müxtəlif xidmətlər təklif edən möhtəkirli fəaliyyər sferasında iri maliyyə-kredit və broker kompaniyasından, dilinq mərkzindən, digər təşkilatlardan və fiziki şəxslərdən ibarət ümumi beynəlxalq şəbəkədir.  Lakin yeganə tənzimləyiçi olmasına baxmayaraq, ayrı-ayrı inkişaf  etmiş ölkələr özlərində Foreks valyuta bazarında iştirakçıların fəaliyyətini tənzimləyən, eləcə də onların maliyyə siyasətinə təsir göstərən müvafiq orqanlar yaratmışlar. Hətta onların bəziləri nəinki milli, beynəlxalq status aldılar. Bu çür tənzimləyiciyə malik olmaq onun sahibinə maliyyə bazarının digər ixtisaslaşmış üzvləri arasında daha çoz səlahiyyət verir. Çünki belə lisenziya almış kompaniyalar daha çox inam yaradır və başqalarından etibarlı sayılırlar.

Maliyyə tənzimləyiciləri bazar subyektlərinin hərəkətini tənzimləyən və reqlamentləşdirən orqanlar olub, kifayət qədər hüquq və səlahiyyətə malikdirlər. Onların  bazarda səlahiyyəti monopol hakimiyyətdən (qanun layihələrini lobbiləşdirən) başlayaraq, işinin öhdəsindən gəlməyən iştirakşıların bazardan çıxarılma qərarları (lisenziyaların alınması), ləğv etməsinə qədər mümkündür.

Maliyyə tənzimləyicisi anlayışı

Qloballaşma prosesinin təsiri ilə Dünya təsərrüfat sisteminin daim dinamik inkişafı fonunda maliyyə bazarı iştirakçıları arasında münasibətlər daim nəzarətdədir və tənzimlənmə tələb edir. Məhz tənzimlənmə mexanizmi maliyyə bazarları üzərində, onun iştirakşılarının qəbul olunmuş normativlərə uyğun  nəzarəti təmin etməlidir. Bu zaman bazar iştirakşılarının sərbəst fəaliyyətinnin təmin edilməsi maliyyə bazarının  tənzimlənmə prosesinin əsas məqamıdır. Həm strategiya seçimi planında, həm də nisbi olaraq coğrafi yerləşmə amilidir.

Ən sərfəli kredit üçün müraciət et

Foreks maliyyə bazarı nöqteyi nəzərdən maliyyə bazarındakı vəziyyəti  belə qiymətləndirmək olar ki, Foreks bazarında dəqiq və konkret tənzimləmə mexanizmi yoxdur. Valyuta bazarının strukturu qlobal şəbəkə tərəfindən təqdim olunur, tərkibinə mal-kredit şirkətləri, dilerlər, broker kontorları və treyderlər daxildir.

Beləliklə, nəzarətedici təşkilatlar öz iştirakı ilə  valyuta bazarrının iştirakçılarının fəaliyyətinə, eləcə də maliyyə siyasətinə təsir göstərir..

Nisbətən iri mliyyə bazarları iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə fəaliyyətdədir. Lakin Foreks dünyəvi, qlobal xarakter daşıyır və coğrafi asılılığı olmayan bazardır. Ona görə də bu maliyyə bazarında baş verən prosesə nəzarət etmək üçün iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələr sonradan transmilli əhəmiyyət kəsb edən öz milli nəzarət institutlarını yaratdılar.

 

Maliyyə tənzimləyicilərinin rolu

Onların əsas rolu aşağıdakılardan ibarətdir:

- xarici valyutalara münasibətdə daxili valyuta kurslarına nəzarət

- kommersiya banklarının dövlətdən borc aldığı pula görə faiz dərəcələrinin qoyulması

-qiymətli kağızların emissiyası

-inflyasiya səviyyəsinə nəzarət və onun aşağı səviyyəsi üçün təkliflərin işlənib hazırlanması

-maliyyə oyunçularının (bank, sığorta, lizinq şirkətləri) qoyulan qaydalara riayət olunmasına nəzarətinin həyata keçirilməsi

Tənzimləyicilərin iştirakçıların hüquqlarının müdafiəsinin təmin olunmasında fəaliyyəti

Maliyyə bazarlarının tənzimləyicilərinin fəaliyyəti Avropa İttifaqının yeni ölkələrində istehlakçıların hüquqlarının müdafiəsi baxımından böyük rol oynayır.  Bu iş müəyyən istiqamətlər üzrə aparılır. Ayrı-ayrı Avropa ölkələrində onların fəaliyyəti haqqında nümunə göstərmək olar.

UNEC-in dissertantı

Əziz İsmayıl oğlu Əzizov

12.01.2018