Son 5 ildə Azərbaycana nə qədər avtomobil idxal edilib? | Banco.az

Son 5 ildə Azərbaycana nə qədər avtomobil idxal edilib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-iyul aylarında 63 min 401 ədəd avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən 7 ayda ölkənin avtomobil idxalının dəyəri isə 1 milyard 170 milyon 990 min dollar olub.

İllik müqayisədə avtomobil idxalında 12 222 ədəd artım qeydə alınıb. Son 5 ilin göstəricilərinə baxsaq, idxalda həm miqdar, həm də dəyər baxımından ciddi artım olduğunu görə bilərik. 2021-ci ildən (yanvar-iyul aylarında) bəri idxal edilən avtomobillərin sayı bu qədər olub:

İllər (yanvar-iyul ayları)

Sayı

Dəyəri (dollar)

2025

63 401

1 milyard 170 milyon 990 min

2024

51 179

943 milyon 791 min

2023

56 766

900 milyon 590 min

2022

41 362

541 milyon 650 min

2021

47 374

474 milyon 615 min

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram