Ağdamda yeni yaşayış massivində bina tikintisinə 8 milyon manat ayrıldı | Banco.az

Ağdamda yeni yaşayış massivində bina tikintisinə 8 milyon manat ayrıldı

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi “Diler İnşaat” QSC ilə 8 milyon manatlıq müqavilə bağlayıb.

Müqavilədə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-139 üzrə binaların tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 7 818 565 manatdır.