Mahnı oxuyaraq ödəniş edə biləcəyiniz taksi səfərləri | Banco.az

Mahnı oxuyaraq ödəniş edə biləcəyiniz taksi səfərləri

Bəlkə də həyatınızın ən əyləncəli taksi səfərini yaşayıb ödənişi də mahnı oxuyaraq həyata keçirə biləcəyinizi heç təsəvvür edirsinizmi? Ekoloji təmiz enerji istehsalı ilə məşğul olan “Forum” şirkəti daha təmiz bir dünya üçün festival tamaşaçıları ilə qarşılıqlı əlaqə yaratmağa qərar verdiyi zaman bu layihəni “TBWA/Helsinki” ilə birlikdə həyata keçirdi və nəticədə ortaya “Singalong Shuttle” çıxdı.

“TBWA/Helsinki” tərəfindən yaradılan bu layihə 6-8 İyul tarixlərində həyata keçirildi. İki gün boyunca Finlandiyanın Turku şəhərində təşkil edilən “Ruisrock” musiqi festivalı üçün “Fortum Singalong Shuttle” istifadə edənlər ödənişlərini pul vermək əvəzinə mahnı oxuyaraq həyata keçirdilər. Sürücülər nə kredit kartı nə də nəğd ödəniş qəbul etmədilər, sərnişinlərin yollarına davam etmələri üçün mahnı oxumaları kifayət edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Singalong Shuttle: BMW i3 elektrikli maşınlar vasitəsilə təqdim edilən bir xidmət olduğundan və hər “Fortum Singalong Shuttle” maşını səs səviyyəsini ölçən bir cihazla təchiz olunduğundan sərnişinləri mühərrikin səsi narahat etmədən musiqi ilə səfərlərindən zövq ala bildilər. Eyni zamanda maşınlara sərnişinlərin arzu etdikləri mahnıları seçmələri və mahnının sözlərini oxuya bilmələri üçün planşetlər də yerləşdirildi.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et