Litva Ukraynaya yeni hərbi yardım paketini elan edib | Banco.az

Litva Ukraynaya yeni hərbi yardım paketini elan edib

Müəllif:Ayşən İmanova/Banco.az

Litva Ukraynaya radiolokasiya stansiyaları və minatəmizləmə avadanlıqlarının alınması üçün 35 milyon avro ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Litvanın baş naziri İnqrida Şimonite bildirib.

“Biz ümid edirik ki, Ukraynaya payızın sonuna kimi Litvada istehsal olunan 5 mindən çox pilotsuz uçan aparat da verə biləcəyik”, - deyə baş nazir qeyd edib.

O, Litvadan Ukraynaya son hərbi yardım paketinin sentyabrın əvvəlində çatacağını və bu paketə 10 qısamənzilli hava hücumundan müdafiə sistemi, 30 PUA əleyhinə raket və digər texnika, silah və sursatların daxil olacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et