Kriptovalyutalarda son gündə qeydə alınan yüksəlişə baxsaq, Litecoin-in öndə olduğunu görərik. Litecoin-lə bağlı yeniliklər haqda məlumat verilməsi qiymətinin təxminən 30% artmasına səbəb olub.
Bitcoin-in bir ödəniş vasitəsi kimi istifadə olunmasını asanlaşdıran “BitPay” adlı xidmət mövcuddur. Litecoin də belə bir xidmət hazıladı və “LitePay” adlı şirkət fevralın 26-dan etibarən öz işinə başlayacaq.
“LitePay” belə xidmət təklif etməyə başlamalarının səbəbini bu şəkildə izah edib:
“İnsanlar “BitPay”-in LTC qəbul etməyini istədiyi üçün bu işə başladıq. “BitPay” qəbul etmirdi, ona görə özümüz yeni tətbiq yaratdıq”.
Bitcoin-in 2017-ci ilin dekabrından etibarən eniş tendensiyası bazardakı digər coinlərə də mənfi təsir etdi.
Fevralın əvvəlində Litecoin şəbəkəsindəki bir qrup tərtibatçı 19 Fevral 2018-ci ildə “Litecoin Cash” adlı yeni bir hard fork hazırlanacağını elan etdi. Bu xəbərlər investorlar arasında maraqla qarşılandı. Litecoin-də yaşanan yüksəlişin səbəbi bu hard fork-larla əsaslandırılır. Çünki insanlar pulsuz coin almaq üçün Litecoin-ə keçid edirlər.
Litecoin Cash layihəsi sahibi olduğunuz hər Litecon üçün 10 token verməyi vəd edir.
Litecoin-in təsisçisi Çarli Li isə Litecoin Cash-i satakarlıqda ittiham edib.
Digər kriptovalyutalara nəzər salaq:
Bitcoin: 9737 dollar – 9.96 % artım
Ethereum: 939 dollar – 8.18 % artım
Ripple: 1.14 dollar – 8.11 % artım
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.