Litecoin-in qurucusu Litecoin Cash-in saxta olduğunu bildirib | Banco.az

Litecoin-in qurucusu Litecoin Cash-in saxta olduğunu bildirib

Kriptovalyuta bazarında fork görməyə artıq alışmışıq. Bitcoin ötən aylar ərzində bir neçə dəfə fork yaşadı. Bu forklar bazarda yeni olan investorlar üçün həyəcana səbəb ola bilir, ancaq bunlar əslində orijinal Blockchain-in fərqli versiyasından ibarətdir. Məsələn, Litecoin-in yeni “forku” fərqli ola bilər.

Litecoin-in təsisçisi Çarli Li son vaxtlar Litecoin Cash-ə etibar etməməyi və investisiya yerləşdirməməyi bildirir. Bu yeni versiyanın orijinal LTC ilə heç bir əlaqəsi yoxdur və Litecoin Cash-in arxasında olanlar yəqin sadəcə Litecoin-in adından istifadə edərəkpul qazanmaq istəyir.

Fork qarışıqlığı

Hazırda kriptovalyutaların ən böyük problemlərindən biri istənilən şəxsin öz coinini yaratmaq imkanının olmasıdır. Bu da bir çoxlarının saxtakarlıqla rastlaşmasına səbəb olur. Buna görə də bəzi ölkələr kriptovalyuta sektorunda müəyyən tənzimləmələr həyata keçirmək istəyir.

Litecoin Cash-in məqsədi isə blok və şəbəkənin sürətini artırmaqdır. Litecoin Cash-in tərtibatçıları əsas hədəf kimi görülən blok müddətinin 2.5 dəqiqə olduğunu iddia edirlər. Bu, Litecoin-dəkindən azdır, həmçinin Litecoin ilə müqayisədə emal dəyəri baxımından 90% ucuzdur.

Fork 1371111. Blokdadır, təxminən 19 fevralda gerçəkləşəcək Çharli Li ve komandası bu forkun onlarla heç bir əlaqəsi olmadığını deyirlər.

Pulsuz coinlər cəzbedici görünür

Kriptovalyuta sektorunda yaşanan forkların ən cəzbedici tərəfi təbii ki, pulsuz coin almaqdır. Litecoin Cash-in qurucuları da tam olaraq belə dəstək alırlar. Quruclar, əldə edilən hər bir Litecoin-ə qarşı 10 ədəd pulsuz LCC verməyi vəd edirlər. Bu isə insanlarda olduqca maraq yaradır və hətta onlar sırf pulsuz coinlərdən yararlanmaq üçün Litecoin alırlar. Litecoin-in son 24 saatda 17.45 faiz dəyər qazanması da buna sübutdur.

Amma bu pulsuz konin qarşılığında istifadəçilərin bir şey etməsi vacibdir. İstifadəçilər pulsuz LCC coini almaq üçün istofadə etdikləri Litecoin portmanatlarındakı bir xüsusi açarın yeni Litecoin Cash hesabına köçürülməsi lazımdır. LCC komandası pulsuz coinlərin necə təhlükəsiz şəkildə alınacağına dair bir şey demirlər. Və LLC-nin hansı birjalarda dəstələndiyi də bilinmir.

Litecoin Cash komandası bir ad seçdiklərinə dair forkun saytında bunları deyib:

“Litecoin Cash adını seçdik. Çünki geridə qoyduğumuz aylarda bir bir blockchain-dən fork edib ayrılanlan bir coin, fork etdiyi blockchain-in adını istifadə etməsi ənənə halını alıb. Çarli Linin Litecoin komandasından başqa biri ilə əlaqəmiz və işbirliyimiz yoxdur. Onların böyük heyranıyıq”

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin-in timsalında məsələyə yanaşdığımızda görürük ki, blockchain-də fork yaşanması yalnızca Blockchain-dən bir ayrılıq olması anlamına gəlmir. Edilən hər fork həm layihənin arxasındakı adları, həm də layihənin dəstəkçilərini ikiyə bölür.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az