“Kriptovalyutalar insan ölümlərinə səbəb oldu” - Bill Qeyts | Banco.az

“Kriptovalyutalar insan ölümlərinə səbəb oldu” - Bill Qeyts

Dünyanın ən varlı şəxslərindən hesab olunan Bill Qeyts Bitcoin-in əsas xüsusiyyətindən və onun yaxşı bir şey olmadığından bəhs edib.

Daha əvvəlki müsahibəsində Bill Qeyts Bitcoin-in “puldan daha yaxşı” və “əməliyyat xərclərinin nə qədər az ola biləcəyini göstərdiyi üçün həyəcanverici” olduğunu söyləmişdi.

“Reddit”-dəki 6-cı “Ask Me Anything” (Sual-Cavab) konransında kriptovalyutalar haqda suallarda haha çox Bitcoin və digər kriptovalyutalarının mənfi tərəfindən danışılıb. Məsələn, kriptovalyua sahiblərinin adları kredit kartlarında olduğu kimi yazılmır, bu da qeyri-qanuni əməliyyatların nəzərdən yayınmasını asanlaşdırır.

“Kriptovalyutaların əsas xüsusiyyəti anonim olmalarıdır. Bunun yaxşı şey olduğunu düşünmürəm”, – deyə Qeyts bildirib. “Dövlətin çirkli pulların yuyulması, vergidən yayınanların cəlb edilməsi prosesi yaxşı cəhətdir. Amma indi kriptovalyutalarla fentanil və buna bənzər psixotrop dərmanlar satılır. Yəni, dolayı yolla ölümə təhrik edən texnologiyalardan biridir”.

Xüsusilə, Bitcoin kimi bəzi kriptovalyutalar ləqəb istifadə edərkən, Monero güclü təhlükəsizlik sisteminə malikdir. Son vaxtlar cinayətkarların Monera kimi daha az tanınan kriptovalyutalara üstünlük verməsi ortaya çıxıb.

2014-cü ildə söylədiyi kimi, Qeyts yenə də kriptovalyutaların mənfi tərəflərinə diqqət çəkib.

Bitcoin-in əməliyyat xərclərinin təxminən 6 sent olduğu 2014-cü ildə və məşhur onlayn narkotik bazarı “SilkRoad”-ın polislər tərəfindən bağlanılmasından sonra Qeyts Bitcoin-in daha yaxşı olduğunu “eyni yerdə olmağınız vacib deyil və təbii ki, yüksək məbləğlər üçün öyrəşdiyimiz valyutalar daha məqsədəuyğundur,” – deyə ifadə edib.

4 il sonra Bill Qeyts investisiyadan danışaraq nağd pulların bu məsələdə daha yaxşı olduğunu söyləyib.

“Bəli, anonim valyutalar bunun kimi şeylər üçün istifadə edilir”, – deyə qeyd edib.

Digər tərəfdən, Qeyts kriptovalyutaların investisiya vasitəsi kimi mənfi tərəflərindən bəhs etsə də, aid olduqları texnologiyanı tənqid etməyib. Əvvəllər də Bitcoin-in özünü tənqid etsə də, təmsil etdiyi texnologiya haqqında müsbət fikir səsləndirmişdi. 2015-ci ildə “BackChannel”-ə verdiyi açıqlamada “Bitcoin-ə yönəlin, ancaq tək başına Bitcoin kifayət deyil”, – deyə fikir bildirmişdi.

Bill və Melinda Qeyts dərnəyi iyulda Ripple tərəfdaşlığında inkişada olan ölkələrin maliyyə infrastrukturları daha da ucuzlaşdırılmasına yönəlmiş bir proqram yayımladı.

Ən sərfəli kredit üçün müraciət et

Qeytsin fikirləri səbəbi ilə istifadəçilər Bitcoin-in dəyərdən düşməsini gözləsələr də, bu baş vermədi.

Bunlar da maraqlıdır:

Bill Qeyts ilk dəfə kriptovalyuta haqqında danışdı

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et