Bill Qeyts ilk dəfə kriptovalyuta haqqında danışdı | Banco.az

Bill Qeyts ilk dəfə kriptovalyuta haqqında danışdı

“Kriptovalyutanın alış-verişi zamanı məxfilik və anonimlik şərtdir. Bu isə onun çirkli pulların yuyulması, vergi qaçaqmalçılığı, terrorçuluğun dəstəklənməsi kimi cinayətlər üçün əlverişli hala gətirir”.

Bu sözləri “Microsoft”un qurucusu Bill Qeyts “Reddit” platforması üzərindən insanların suallarına cavab olaraq deyib. Beləliklə, məşhur biznesmen ilk dəfə idi ki, kriptovalyuta haqqında öz düşüncələrini insanlarla paylaşıb.

Biznesmen deyib ki, kriptovalyutanın ticarətdə istifadə edilməsi birbaşa ölümlərə səbəb olur: “İnsanlar bu pulların qarşılığında narkotik ticarəti ilə məşğul olurlar. Kriptovalyutanı verib, narkotik alırlar. Bu istiqamətdə fikirləşəndə, kriptovalyutalar birbaşa ölümlərə səbəb olan nadir texnologiyalardan biridir”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyts, həmçinin bildirib ki, kriptovalyuta pul təchizatının və bazarlarının spekulyativ olması investorlar üçün çox risklidir.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et