Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyanın “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov şirkətin beynəlxalq bazardan çəkilməsinin siyasi amillərlə bağlı olduğunu bildirib.
O, gələcəkdə şirkətin xarici bazarlara qayıtmaq imkanlarının olduğunu düşünür.
Banco.az xəbər verir ki, Ələkbərov “Vesti” telekanalına müsahibəsində qeyd edib ki, “Lukoil” beynəlxalq bazardan çıxmaq qərarını öz təşəbbüsü ilə verməyib. Onun sözlərinə görə, bu proses əsasən siyasi səbəblərlə əlaqədardır.
Şirkətin təsisçisi beynəlxalq bazardan uzaqlaşmağın məyusedici olduğunu, lakin geri dönüş ehtimalını istisna etmədiklərini vurğulayıb.
Ələkbərov hesab edir ki, “Lukoil”in xarici bazarlara qayıtması üçün əsas üstünlüyü illər ərzində formalaşdırdığı işgüzar nüfuzudur. O bildirib ki, şirkət Afrika, Latın Amerikası və Şərq ölkələrində fəaliyyət göstərdiyi müddətdə müsbət rəylər qazanıb və investisiya yatırdığı ölkələrlə yaxşı münasibətlər qurub.
