Müəllif:Mehin Qasımova,Banco.az
Süni intellekt çiplərinin istehsalçısı “Nvidia” bazar kapitallaşmasına görə dünyanın ən böyük şirkətləri siyahısında üçüncü pilləyə geriləyib.
Banco.az xəbər verir ki, şirkət ikinci yerdə qərarlaşan “Microsoft”dan geri qalıb.
Çərşənbə günü “Nvidia”nın səhmləri 3,91% ucuzlaşaraq 149,30 dollara enib. Şirkətin səhmləri bazar ertəsindən etibarən ümumilikdə 9,71% dəyər itirib.
Hazırda bazar kapitallaşmasına görə dünyanın ən dəyərli şirkətləri belə sıralanır:
-
Apple – 5,167 trilyon dollar
-
Microsoft – 3,638 trilyon dollar
-
Nvidia – 3,605 trilyon dollar
-
Alphabet – 3,331 trilyon dollar
-
Amazon – 2,643 trilyon dollar
Qeyd edək ki, “Nvidia”nın səhmləri əvvəlki günlərdəki bahalaşma fonunda bazar kapitallaşmasına görə ikinci yerə yüksəlmişdi. Lakin son ucuzlaşma şirkətin yenidən üçüncü pilləyə geriləməsinə səbəb olub.
