ABŞ-da qeyri-adi Bitcoin hadisəsi baş verib. Yaşanan hadisənin ardınca FTB ölkədəki internet istifadəçilərini ölüm təhdidləri haqqında xəbərdar edib və bu təhdidlərin kriptovalyuta qazanmaq üçün təşkil olunduğuna diqqət çəkib.
Özünü Kristiana adlandıran zərərçəkmişlərdən biri FTB-nin xüsusi instansiyasına gedərək ölüm təhdidi ehtiva edən bir e-mail aldığını söyləyib. Elektron məktubda bu ifadələr yer alıb: “Qısa deyəcəyəm. Səni öldürmək əmri aldım”.
Mesajın sonunda Kristiananın potensial bir cinayətə qurban getməməsi üçün 2800 ABŞ dolları və ya bu dəyərdə Bitcoin ödəməsi lazım olduğu vurğulanıb.
Kristiana bunun hiyləgərlik olduğunu anlasa da, çox qorxub. Belə ki, amerikalı qadın “ABC7”-yə verdiyi açıqlamada işə gedərkən başına hansı hadisənin gələcəyindən narahatlığını ifadə edib.
Məlumata görə, FTB nümayəndəsi Laura Eymiller yaşanan bu hadisənin xüsusilə Kaliforniyada sayı getdikcə artan onlayn pul oğurluğu olaylarına çox bənzədiyini bildirib. Eymiller digər bit detala da diqqət çəkib. Onun fikrincə, e-maillər elə bir üslubda yazılır ki, hədəf alınan şəxs bunun saxtakarlıq olduğunu anlasa da, bu təhdiddən xilas ola bilməsin.
Buna görə də FTB potensial qurbanları oxşar hadisə baş verdikdə, dərhal polisə müraciət etmələrini xəbərdar edib. Eymiller bu tipli cinayət əməllərinin aidiyyatı qurumlara çox zaman deyilmədiyi üçün artdığını vurğulayıb.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.