Kreditlərin dayanması avtomobil sığortasını 25% azaldıb | Banco.az

Kreditlərin dayanması avtomobil sığortasını 25% azaldıb

Bu ilin birinci rübündə Azərbaycanda avtomobillərin könüllü sığortası 25%-dən çox azalıb. Bu barədə Maliyyə Nazirliyinin ölkənin sığorta bazarı ilə bağlı açıqladığı hesabatda bildirilir. Hesabata əsasən yanvar-mart aylarında avtomobillərin könüllü (kasko) sığortası ilə bağlı sığorta haqları 8 mln. 179,8 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,7 milyon manat və ya 25,3% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Avtomobillərin sığortası üzrə ödənişlər isə əksinə artıb. Bu ilin ilk 3 ayında avtomobillərin könüllü sığortası üzrə 6 mln. 567,8 min manat ödəniş edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 831 min manat və ya 14,5% artıqdır.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et