Kredit təşkilatlarının xarici valyutada problemli borcları artmaqdadır | Banco.az

Kredit təşkilatlarının xarici valyutada problemli borcları artmaqdadır

Azərbaycandakı kredit təşkilatlarının manatla vaxtı keçmiş kreditləri azalsa da, xarici valyutada problemli borcları artmaqdadır. 

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir. 

Məlumata görə, bu il, avqustun 1-nə, fiziki və hüquqi şəxslərə verilmiş kreditlərin 9%-nin və yaxud 1 504,4 mln. manatının vaxtı keçib ki, bunun da 711,7 mln. manatı və yaxud 47%-i manatla, 792,7 mln. manatı və yaxud 53%-i xarici valyutada olub. 

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin eyni dövrü ilə müqayisədə manatla vaxtı keçmiş kreditlərin məbləği 20% azalıb, xarici valyutada olan problemli kreditlərin məbləği isə 2 dəfə artıb.

Bu ilin iyul ayında manatla vaxtı keçmiş kreditlərin məbləğində 8,64% azalma, xarici valyuta ilə problemli kreditlərin həcmində isə 4,2% artım qeydə alınıb.

Mənbə : report.az