Kommersiya bankları dollardan imtina etdi | Banco.az

Kommersiya bankları dollardan imtina etdi

Ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (SOFAZ) birgə keçirdiyi valyuta hərracına çıxarılan 35 milyon dolların 9 milyonu satılmayıb. 

Hərracda cəmi 26 milyon dollar satılıb. Bunun da ancaq 3,5 milyonunu 3 bank alıb.

Qalan məbləğin isə Mərkəzi Bankın və ya iri banklardan birinin aldığı güman edilir. Hərracda cəmi 4 əqd 1,6860-1,6930 manat kursu ilə bağlanıb. Məlumata görə, kommersiya banklarının əksəriyyəti hərracda iştirak etməyib. Banklarda valyuta hərracına olan maraq minimum həddə enib. İndi onlar daha çox depozit hərraclarına maraq göstərirlər. 

Ən sərfəli kredit üçün müraciət et

Çünki manatla kredit verməyə maraqlı deyillər. Ən yaxşı variant kimi Mərkəzi Banka depozit yerləşdirməklə qazanc əldə etməyə üstünlük verirlər.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et