Kapitalkartla maliyyələşmə manatla davam edir. – Bu haqda Banco.az portalına Bankdan məlumat verilib:
“Bizim Bankda əvvəldən Kapitalkart manatla verilirdi, indi də manatladır. Təbii olaraq yeni kart alanlar da Kapitalkartı manatla əldə edir”.
Qeyd edək ki, Kapitalkartı əsasən maaş və pensiya kartı Kapital Bankdan olan müştərilər əldə edə bilər.
Həmçinin Bankdan Banco.az-a bildirilib ki, hələ ki, Kapitalkart üzrə ödənişlərdə əvvəlki dövrlər ilə müqayisədə gecikmələr müşahidə olunmur.
Kapitalkart Kapital Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərində, partnyor olmayan ölkədaxili və ölkəxarici ticarət və xidmət nöqtələrində, həmçinin internetdə mal və xidmətlərin dəyərini hər ay bərabər hissələrlə ödəmək imkanı verən faizsiz kredit kartdır.
1. Kapitalkart müştərilərə pulsuz təqdim olunur. Xərclənən məbləğ avtomatik olaraq 1-12, 18 və ya 24 aya bölünür.
2. Kapitalkart-la Kapital Bankın bankomatlarından nağd pul əldə etmək və nağdlaşdırılan məbləği 1, 3 ,6 yaxud 12 aylıq taksitlə ödəmək mümkündür.
3. Borc ödənildikcə kartın limiti bərpa olunur.
4. Kapitalkart pulsuz olaraq Kapital Bankın SMS-banking xidmətinə də qoşulur.