Kanada Mərkəzi Bankı faiz dərəcələrini azaltmağa davam edir | Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcələrini azaltmağa davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı (BoC) ardıcıl üçüncü iclasında uçot dərəcəsini 25 baza bəndi azaldıb.

Banco.az xəbər verir ki, BoC tərəfindən yayılan bəyanatda inflyasiyanın gözlənildiyi kimi iyul ayında 2,5 faizə düşdüyünə diqqət çəkilib.

Bəyanatda bildirilib ki, geniş yayılmış inflyasiya təzyiqləri azaldıqca, uçot dərəcəsinin daha 25 baza bəndi azaldılaraq 4,25 faizə endirilməsinə qərar verilib.

İqtisadiyyatda təklif artıqlığı inflyasiya üzərində aşağı təzyiq yaratmağa davam etsə də, mənzil və bəzi digər xidmətlərdə qiymət artımları inflyasiyanı yüksək səviyyədə saxlayır.

Xatırladaq ki, BoC uçot dərəcəsini iyun ayında 5 faizdən 4,75 faizə endirərək 4 ildə ilk faiz endirimi həyata keçirmişdi. İyul ayında 25 baza bəndi faiz endirimi edilərkən ölkədə uçot dərəcəsi 4,5 faizə düşmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram