İyulda bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA | Banco.az

İyulda bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA

Cari ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə yenidən baxılıb.

Ötən ay “AtaBank”da nağd kreditlər üzrə faiz dərəcələri 23-26%-dən 20-24%-ə, avtomobil – 20-26%-dən 18-26%-ə salınıb, lombard – 22-26%-dən 24-28%-ə artırılıb.

“XalqBank”da nağd kreditlər üzrə faiz dərəcələri 22-28%-dən, avtomobil – 25-28%-dən, təmir – 22-28%-dən 16-20%-ə, təhsil – 18%-dən 15%-ə, biznes – 22-28%-dən 12-19%-ə endirilib.

Ən sərfəli kredit üçün müraciət et

“Nikoil Bank”da biznes kreditləri 28%-dən 25%-ə, “NBC Bank”da nağd - 24%-dən 22%-ə, “Turanbank”da - mikro, kiçik və orta – 20%-dən 19%-ə, nağd 20%-dən 16%-ə kimi düşürülüb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Xalq Bank” və “Turanbank”dadır.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç