İtaliya iqtisadiyyatı 2018-ci ilin sonunda durğunluğa girib | Banco.az

İtaliya iqtisadiyyatı 2018-ci ilin sonunda durğunluğa girib

Bir ildir davam edən siyasi qarışıqlıq, yüksələn faizlər və maliyyə gərginliyi İtaliya iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb. "Marja" xəbər verir ki,  İtaliya iqtisadiyyatı 2018-ci ilin son rübündə 0.2 faiz azalaraq durğunluğa girib.

"İstat"ın yaydığı məlumata görə, İtaliyanın ümumi daxili məhsulu 2018-ci ilin son rübündə 0.2 faiz azalıb. 3-cü rübdə iqtisadiyyat  0.1% geriləmişdi. 

"İstat"ın açıqlamasında, azalmanın sənaye və kənd təsərrüfatın sektorlarındakı pisləşməni əks etdirdiyini və xidmət fəaliyyətinin də zəiflədiyini qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

İnvestorlar, Avropa Birliyi (AB) ilə həftələrlə davam edən və istiqraz faizlərində yüksəlişə səbəb olan büdcə müzakirələrindən sonra İtaliya iqtisadiyyatının vəziyyətini təmkinli bir şəkildə izləyirlər. 

"Oxford Economics"in iqtisadçısı Nicola Nobile etdiyi açıqlamada, "İtaliya iqtisadiyyatı üçün risklər açıq şəkildə aşağı istiqamətli qalmağa davam edir və durğunluq 2019-cu ilin ilk yarısını da əhatə edə bilər. Bu vəziyyət, Avro Bölgəsinin iqtisadi artımına mənfi təsir edə bilər", deyib.

Marja