Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrənin qızıl ixracı yanvar ayında illik müqayisədə artıb.
Banco.az xəbər verir ki, dünyanın ən böyük külçə istehsalçısı və külçə ticarətinin əsas mərkəzlərindən biri olan İsveçrədə ABŞ-a qızıl ixracı kəskin artım yaşayıb. ABŞ Prezidenti Trampın ölkəyə qızıl idxalına da vergi tətbiq edə biləcəyi ilə bağlı narahatlıqlar bu vergilər qüvvəyə minmədən əvvəl İsveçrədən ABŞ-a qızıl ixracının artmasına təsir göstərib.
Bu narahatlıqlar bir müddət Londondakı spot qızıl qiymətləri ilə ABŞ-dakı fyuçers qiymətləri arasındakı fərqin əhəmiyyətli dərəcədə açılmasına səbəb olub.
İsveçrə Gömrük İdarəsinin açıqlamasına görə, yanvar ayında ABŞ-a ixrac 192,9 ton səviyyəsində olub. Dekabr ayında isə 64,2 ton qızıl ixrac edilib. İsveçrə Gömrük İdarəsinin 2012-ci ilə qədər uzanan tarixi məlumatları araşdırıldıqda bu ilin yanvar ayında İsveçrədən ABŞ-a edilən ixracın bir ay ərzində qeydə alınan ən yüksək ixrac göstəricisi olduğu müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!