İsveçrə banklarında 49 milyard dollar dəyərində rus aktivləri var | Banco.az

İsveçrə banklarında 49 milyard dollar dəyərində rus aktivləri var

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrə hökuməti ölkə banklarında mövcud olan Rus aktivləri ilə bağlı bu vaxta qədərki ən müfəssəl bəyanatı yayıb.

Banco.az xəbər verir ki, İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) ötən həftənin cümə axşamı elan edib ki, 123 Rusiya vətəndaşının və ya qurumunun ölkə banklarındakı ümumi aktivləri 46,1 milyard frank (49 milyard dollar) təşkil edir.

SECO-nun ikitərəfli iqtisadi əlaqələr üzrə rəhbəri Ervin Bollinqer bildirib ki, sanksiyaya məruz qalan məbləğ Rusiyanın İsveçrədəki bütün aktivlərinin yalnız bir hissəsidir.

Xatırladaq ki, Rusiya Ukraynanı işğal etdikdən sonra İsveçrə hökuməti banklara təlimat verərək onların ruslardan 100 min İsveçrə frankından (106 000 dollar) daha çox aktiv alışı həyata keçirməsini qadağan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram