İsrail ABŞ-dən 25 ədəd F-35 qırıcısı alacaq | Banco.az

İsrail ABŞ-dən 25 ədəd F-35 qırıcısı alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

İsrail Müdafiə Nazirliyi və ABŞ hökuməti İsrail Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün 25 ədəd yeni F-35 qırıcı təyyarəsinin tədarükü ilə bağlı razılıq əldə edib.  

Banco.az xəbər verir ki, bu barədə İsrailin hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Müqavilə "Lockheed Martin" tərəfindən istehsal olunan 25 ədəd F-35 təyyarəsi, o cümlədən dəstək və texniki xidmətdən ibarətdir.

Təyyarələrin tədarükünə 2028-ci ildə başlanacaq, ildə 3-dən 5-ə qədər təyyarə təslim ediləcək", - nazirliyin bəyanatında deyilir.

Həmçinin qeyd edilir ki, sövdələşmə məbləği təxminən 3 milyard dollar qiymətləndirilir və Amerikanın İsrailə yardım fondlarından maliyyələşir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et