İşçiləri motivasiya etmək üçün 8 üsul | Banco.az

İşçiləri motivasiya etmək üçün 8 üsul

Fərz edək ki, öz sahələrində ən uğurlu şəxsləri işə qəbul etmisiniz. İndi isə onların daha məhsuldar işləmələri üçün səy göstərməlisiniz. Aparılan bir araşdırmaya görə maaş və imtiyazlar vacib sayılsa da, motivasiya edici amillər içərisində ilk sıralarda yer almırlar. Ən mühüm amillərdən biri işçiləri cəsarətləndirib təqdir etməkdir.

Aşağıda işçilərinizi motivasiya etmək üçün istifadə edə biləcəyiniz 8 üsul göstərilmişdir:

1. İş yerini insanların işləməyi sevəcəyi bir yerə çevirin.

Heç kəs standart iş mühitində işləməkdən zövq almaz. Göz oxşayan, yaxşı işıqlandırılmış, funksional və əyləncəli bir məkanda işləmək çox daha cəlbedici səslənir.

2. Hörmət edilən, etibarlı və dəstəkləyici rəhbər olun.

İdarə etmədəki nöqsanlar işçilərin şirkətdə uzun müddət çalışmamalarındakı ən böyük səbəblərdən biridir. Bu işə yeni başlamısınızsa, idarə etmə bacarıqlarınızı təkmilləşdirmək üçün mövzu ilə bağlı kitablar oxumağınız tövsiyyə olunur.

3. İşçiləri mükafatlandırın.

İnsanlar əsaslı səbəbləri olmazsa sizinlə işləmək istəməzlər. Bu məqsədlə bir təşviq kampaniyası başlatmalısınız. İnsanlar işlədikləri şirkətdə yaxşı mükafatlandırıldıqları zaman daha çox çalışır və şirkətə sadiq qalırlar.

4. İşçilərinizə məsuliyyət və səlahiyyət verin.

İşiniz sürətlə böyüyürsə, işçilərinizə yeni məsuliyyətlər vermək çox yaxşı bir motivasiya mənbəyi olar. Yeni məsuliyyətlər onlara psixoloji olaraq yaxşı təsir edər və onlara etibar və hörmət etdiyinizi göstərər.

Ən sərfəli kredit üçün müraciət et

5. Müsbət rəyləri işçilərinizlə bölüşün.

İşçiləriniz öz işlərindən məmnun olduqda iş yerində içdikləri qəhvədən belə zövq almağı bacarar və müştərilərə daha yaxşı xidmət göstərərlər. Müştərilər işçilərinizdən razı qaldıqda, işçilərinizə bu haqqda məlumat verməyi unutmayın.

6. İşçilərinizə qarşı şəffaf olun.

İşlərinizin necə olduğu haqqında məlumat sahibi olmaq işçilərinizin motivasiya olması baxımından faydalıdır. Onlara gündəlik, həftəlik ya da aylıq hesabatları göndərə bilər, hətta yeni müştərilərinizdən neçə faizinin davamlı müştəriniz olma potensialına sahib olduğunu da bildirə bilərsiniz.

7. İşçilərinizə, onlara uyğun iş saatları təklif edin. 

     

Texnologiya işlərin icra edilmə formasını əsaslı şəkildə dəyişdirmişdir. Bu səbəbdən də bir çox şirkətlər işçilərinə evdən və ya internet bağlantısı olan istənilən yerdən işləmə imkanı verir.

8. İşçilərinizdən nə istədiklərini soruşun.

Onlar üçün nəyin əhəmiyyətli olduğunu təxmin etmək əvəzinə, onlarla oturub nələrə ehtiyac duyduqlarını soruşun. Bu sizə real səslənmir? Əmin olun ki, gözlənilməyəni etmək işçiləriniz və şirkətiniz üçün atacağınız ən doğru addım ola bilər.

Tamara Mustafayeva, banco.az