İş təcrübəsi olmasa da olar | Banco.az

İş təcrübəsi olmasa da olar

150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən “FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı BƏRDƏ şəhərində yerləşən filiallarına “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək məqsədilə kredit işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər axtarır. Gənc Kredit İşçisi kimi seçiləcək namizədlər  40 gün davam edən layihənin sonunda imtahan verəcək və nəticədən asılı olaraq həmin şəxslərin Kredit İşçisi vəzifəsinə keçirilməsi müəyyənləşdiriləcəkdir.     

TƏLƏBLƏR:      

  • Ali və ya orta texniki təhsilli məzunlar;    
  • Baza riyazi biliklər;    
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;    
  • GKİ layihəsinə müraciət etmək üçün iş təcrübəsinin olması vacib tələb deyildir.         

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:      

  • FINCA məhsulları barədə ətraflı məlumat toplamaq, suallar yarandıqda Kredit Supervayzeri və yönəldiciyə müraciət etmək;    
  • Kredit verilməsi prosesi ilə əlaqədar olan forma və sənədlərin doldurulmasını yönəldicidən öyrənmək;    
  • Müştərilərin sosial-maliyyə vəziyyətinin təhlili prosesində iştirak etmək, formalarla tanış olmaq, formaların doldurulmasında yönəldiciyə yardım etmək;    
  • Ehtiyac olarsa, yönəldici ilə birlikdə girova baxış keçirmək, girovun qiymətləndirilməsi ilə bağlı yönəldicidən öyrənmək və öyrəndiklərini dəqiqləşdirmək üçün suallar vermək; 
  • Problemli müştərilərlə iş prosesində yönəldicini izləmək və s.    

 

Ən sərfəli kredit üçün müraciət et

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 Dekabr 2014-cü il tarixindən gec olmamaq şərtilə  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni vəzifəni və iş elanının nömrəsini (№783 /14) qeyd etməklə göndərə bilərsiniz.      

Əks təqdirdə nəzərdən qaça bilər!         

Yaxud aşağıda göstərilən ünvana təqdim etməyiniz xahiş olunur:         

Ünvan: Bərdə, H.Əliyev pros., 94A    

Telefon: (020) 205 27 11;               

 (055) 455 25 77;    

Contact Email:   [email protected]

 “FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs