İpoteka və Kredit Zəmanət Fondu I yarımildə 230 milyon manat kredit verib | Banco.az

İpoteka və Kredit Zəmanət Fondu I yarımildə 230 milyon manat kredit verib

Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti ilə 230,2 milyon manat kredit verilib ki, bunun da 64,6 milyon manatı güzəştli ipoteka kreditləridir.

Bu barədə Fondan bildirilib.

Məlumata görə, bu il adi ipoteka kreditləri hesabına 1 710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və yaxud ailə mənzil şəraitini yaxşılaşdırıb.

6 ay ərzində verilmiş ipoteka kreditlərinin orta məbləği 91 000 manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə iyulun 1-nə 81,5 milyon manat məbləğində 967 ipoteka krediti üzrə zəmanət verilib.

İndiyə qədər Fondun vəsaiti hesabına 3,1 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 50 380 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 %-i gənclər və gənc ailələrdir.

Ən sərfəli krediti almaq üçün müraciət et