“Instagram”da ən çox vaxt keçirən ölkələr açıqlanıb | Banco.az

“Instagram”da ən çox vaxt keçirən ölkələr açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Dünyanın əksər ölkələrinin sakinləri asudə zamanlarını dəyərləndirmək üçün üz tutduqları sosial media şəbəkələri arasında “Instagram” xüsusi yer tutur. Nisbətən əhatə dairəsinin geniş olması, müxtəlif mövzularda olan məzmunları özündə birləşdirməsi eyni zamanda dünya məşhurlarını izləmək baxımından daha əlçatan olması platformaya marağı daha da artırıb. 

Banco.az xəbər verir ki, “DataReportal Digital”ın 2023-cü ilə aid son statistikasına əsasən “Instagram”da daha çox zaman keçirən ölkələrin adları məlum olub. Siyahının lideri qardaş ölkə Türkiyə seçilib.

  • Türkiyə – 21,4 saat
  • Argentina – 17,6 saat
  • Braziliya - 15,4 saat
  • Hindistan - 14,9 saat
  • Dünya üzrə orta – 12 saat
  • Rusiya - 9,6 saat
  • Kanada - 9,5 saat
  • Sinqapur - 9,5 saat
  • Avstriya – 8,6 saat
  • Fransa - 8,6 saat
  • Almaniya - 8,5 saat
  • Böyük Britaniya – 7,7 saat
  • ABŞ - 7,7 saat
  • Meksika - 6,9 saat
  • Cənubi Koreya - 6,1 saat

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et