Instagram kiçik biznes sahiblərini sevindirəcək yeni funksiyasını AKTİVLƏŞDİRDİ | Banco.az

Instagram kiçik biznes sahiblərini sevindirəcək yeni funksiyasını AKTİVLƏŞDİRDİ

Tamara Mustafayeva, Banco.az

Sosial media nəhəngi başlatdığı yeni layihə ilə kiçik biznes sahiblərinə dəstək olacaq.

Dünyanın qabaqcıl sosial media platformalarından biri olan Instagram hər gün milyonlarla istifadəçi qəbul edir. Facebook şirkətinin sahibi olduğu bu platforma təbii olaraq, hazırki şəraitdə istifadəçilərdən daha çox maraq görür.

Dünyanı təsir altına alan koronavirus pandemiyası demək olar ki, bütün sektorların işinə mənfi təsir göstərib. Nəhəng şirkətlər başda olmaqla, çox saylı kiçik miqyaslı müəssisələr də pandemiyadan böyük zərər görüblər. Instagram isə pandemiya ilə mübarizə çərçivəsində istifadəçilərin məmmuniyyətini artırmaq üçün bir sıra işlər görür.

Şirkət ötən günlərdə qeyri-kommersiya təşkilatları üçün ianə toplayacağını elan etmişdi. Bununla yanaşı, pandemiyanın təsir göstərdiyi kiçik bizneslərə də dəstək olacaq yeni bir layihə üzərində işlədiklərini də bildirmişdi.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət sözügedən bu xidməti artıq aktivləşdirib. Ölkəmiz də daxil olmaqla milyonlarla istifadəçi bu xidmətdən faydalana biləcək.

Support local businesses Instagram sticker: What update is and how ...

Sosial media nəhəngi həyata keçirdiyi bu layihəni “Kiçik Biznesləri Dəstəkləyin” (Support Small Business) olaraq adlandırır. Yeni layihə ilə kiçik biznesi olan şəxslər müəssisələrinin rəsmi səhifələrinin reklamını heç bir ödəniş etmədən həyata keçirə biləcəklər.

Yeni xidmətlə bağlı açıqlama edən şirkətin Əməliyyat Direktoru Justin Osofsky bildirib ki, həyata keçirdikləri layihə maliyyə problemləri yaşayan kiçik biznes sahiblərinə yardımçı olmaq məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin rəsmi Twitter səhifəsində isə aşağıdakı açıqlamaya yer verilib:

“Bu gün bəyəndiyiniz kiçik bizneslərə sevginizi göstərə bilməyiniz üçün hekayələr bölməsində “Kiçik Biznesləri Dəstəkləyin” həştəqini başlatdıq. Bu həştəqdən istifadə edin. Fotoşəkil və videolarınız yayımladığınız hekayədə əks olunacaq və dəstəklədiyiniz biznesin adı digər dostlarınız tərəfindən də görünəcək.”

Instagram Introduces A New Sticker In Support To Small Businesses

Beləliklə, milyonlarla istifadəçi sözügedən həştəq vasitəsilə istədikləri biznes sahiblərinə dəstək ola biləcəklər. Bu da öz növbəsində həmin müəssisələrin qısa müddət ərzində daha çox insan tərəfindən tanınmasına gətirib çıxaracaq.

Həmçinin oxu: Instagram-a daha bir yeni funksiya gələcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram