Instagram-a daha bir yeni funksiya gələcək | Banco.az

Instagram-a daha bir yeni funksiya gələcək

Instagram platformasına gələcək yeni funksiya istənilən şərhi irəli çəkməyə imkan yaradacaq.

Dünyanın ən böyük sosial media şirkəti olan Facebook tərkibinə daxil etdiyi Instagram və WhatsApp ilə çox böyük kütlələrə çata bilir. Odur ki, Zuckerberg son zamanlarda bir platformada olan xüsusiyyətləri digərlərində də tətbiq etməyə çalışır.

Verilən son məlumatlara görə, Instagram platformasına WhatsApp mesajlaşma tətbiqindən yeni bir funksiyanın keçməsi planlaşdırılır. Belə ki, WhatsApp istifadəçiləri istədikləri yazışmanı səhifənin yuxarısına sancaqlamaq imkanına sahibdirlər. Adətən istifadəçilər tez-tez yazışdıqları insanlarla olan mesajlar üçün bu funksiyadan istifadə edirlər. Sözügedən funksiyanın oxşar forması isə hazırda Instagram üçün aktiv edilmək üzrədir.

Yorumlar için Faydalı Özellik

Instagram WhatsApp-dakı sözügedən funksiyanı şərhlər bölməsinə tətbiq etməyə hazırlaşır. Sosial media platformaları ilə bağlı araşdırmalar aparan Jane Manchun Wong tərəfindən ortaya çıxarılan bu funksiya vasitəsilə istifadəçilər yayımladıqları fotoşəkil və videolara yazılan şərhlərdən bəyəndiklərini önə çıxara biləcəklər. Bununla da həmin şərhlər hər kəs tərəfindən görünəcək.

İzləyici sayı yüksək olan istifadəçilər üçün bu yeni funksiyanın xüsusilə faydalı olacağını deyə bilərik. Xatırladaq ki, sözügedən funksiya bir müddətdir ki, Youtube platformasında da tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Bu 7 tətbiq Instagram səhifələrini effektiv idarə etməkdə sizə kömək edəcək

Tamara Mustafayeva, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et