Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada inflyasiya iyun ayında gözləniləndən daha çox azalıb.
Banco.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, inflyasiya iyunda illik 8,7 faizdən 7,9 faizə düşüb.
“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların orta hesablaması 8,2 faiz təşkil edirdi. Bununla da, ölkədə inflyasiya 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.
Aylıq inflyasiya isə 0,1 faiz artım göstərib ki, proqnozlar 0,4 faiz idi. May ayında artım 0,7 faiz olmuşdu.
Qeyd edək ki, baza inflyasiya 31 illin pik həddi olan 7,1 faizdən 6,9 faizə, xidmətlər inflyasiyası isə 7,4 faizdən 7,2 faizə düşüb.
Xatırladaq ki, İngiltərə Mərkəzi Bankı (BOE) inflyasiyanı azaltmaq üçün ötən ay 13-cü dəfə faiz dərəcələrini artırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!