İngiltərə və Avrozonada açıqlanacaq göstəricilər diqqət mərkəzində | Banco.az

İngiltərə və Avrozonada açıqlanacaq göstəricilər diqqət mərkəzində

Bu gün dünya birjalarında İngiltərə və Avrozonada açıqlanacaq göstəricilər diqqət mərkəzində olacaqdır.

Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatına dair iqtisadi göstəricilərin bazar ertəsi mənfi açıqlanması, FED-in faiz azaldacağı ehtimallarını da artırır. 

Bu isə dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına səbəb olur. 

Ən sərfəli kredit üçün müraciət et

Lakin bununla yanaşı, Avrozona və İngiltərə iqtisadiyyatlarına dair məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. Burada da mənfi iqtisadi tendesiya başlayarsa, dollara tələb yenidən arta bilər. 

Bu baxımından bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərənin tikinti sektorunda işgüzarlıq aktivliyini ölçən indeksin və saat 14:00-da Avrozonadan inflyasiya ilə bağlı açıqlanması önəmli olacaqdır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

Ən sərfəli krediti almaq üçün müraciət et