İngiltərə iqtisadiyyatı gələn ilin sonu 60% ehtimalla tənəzzülə daxil ola bilər | Banco.az

İngiltərə iqtisadiyyatı gələn ilin sonu 60% ehtimalla tənəzzülə daxil ola bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniya iqtisadiyyatı 2024-cü ilin sonuna qədər 60% ehtimalla tənəzzül mərhələsinə daxil ola bilər.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın ən qədim müstəqil iqtisadi tədqiqat institutu kimi tanınan Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun həyata keçirdiyi araşdırmaya görə, Breksit, Kovid-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu yüksək inflyasiyanı azaltmaq üçün monetar siyasətin sərtləşdirilməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərib.

Sözügedən hadisələrin təsiri ilə İngiltərə iqtisadiyyatının bu il 0,4 faiz, 2024-cü ildə isə 0,3 faiz artması gözlənilsə də, iqtisadi perspektivlərlə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır.

Bu qeyri-müəyyənliklərdən asılı olaraq, iqtisadiyyatın cari ilin sonunda daralacağı, 2024-cü ilin sonunda isə 60 faiz ehtimalla tənəzzülə girəcəyi istisna edilmir.

İnflyasiyanın 2023-cü ilin sonunda 5,2 faizə, 2024-cü ilin sonunda isə 3,9 faizə düşəcəyi, lakin 2025-ci ilə qədər hələ də hədəflənmiş 2 faiz səviyyəsindən yuxarı qalacağı gözlənilir.

Xatırladaq ki, hazırda İngiltərədə baza inflyasiyası 6,9 faiz təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram