Müəllif:Ayşən İmanova/Banco.az
İngiltərə Bankı “Spink & Sons” hərrac evi ilə birlikdə kral III Çarlzın təsviri olan yeni əskinasların satışı üzrə bir sıra hərraclar keçirərək, ümumilikdə 914 127 funt sterlinq (1,17 milyon dollar) qazanıb.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, bu hərraclarda əskinaslar üçün rekord qiymət müəyyən edilib - 50 funt-sterlinqlik əskinas 26 min funta, həmçinin HB01 00002 seriya nömrəli 10 funtluq əskinas 17 min funta satılıb.
İngiltərə Bankı toplanan vəsaiti imkansız uşaqlara kömək edən “The Childhood Trust”, “Shout” (psixoloji problemləri olan insanlara kömək edir) və “London's Air Ambulance Charity” (təcili yardım həkimlərinin vertolyotla uçuşunu ödəyir) daxil olmaqla 10 xeyriyyə təşkilatına bağışlayacaq.
Xatırladaq ki, III Çarlzın portreti olan əskinaslar bu ilin iyununda dövriyyəyə buraxılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!