İlon Mask süni intellektə nəzarət edən agentliyin yaradılmasını təklif edib | Banco.az

İlon Mask süni intellektə nəzarət edən agentliyin yaradılmasını təklif edib

Müəllif - Aida İsaq, Banco.az

Amerikalı sahibkar İlon Mask ABŞ-da süni intellektə nəzarət edən agentliyin yaradılması ilə bağlı çağırış edib.

Banco.az xəbər verir ki, sahibkar süni intellektin inkişafına ciddi yanaşmağın vacibliyini vurğulayıb. Milyarder ABŞ-da qida, dərman və avtomobil sektoru üzrə çox sayda lisenziyalı agentliklərin və digər təşkilatların fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, bu sahəni də araşdıraraq xüsusi qaydalar tərtib edə biləcək tənzimləyici qurumun yaradılması zəruridir. Beləliklə, bəşəriyyət üçün süni intellektin faydalarından geniş formada yararlanmaq daha əlçatan olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et