Müəllif - Aida İsaq, Banco.az
"Twitter"in yeni rəhbəri İlon Maskın öz qonaqlarını qəbul edən zaman onları gözlətdiyi məlum olub.
Banco.az xəbər verir ki, məlumata görə, ziyarətçilər onunla işgüzar görüş üçün bir saat və ya daha çox gözləməli olurlar. Bununla yanaşı, iş adamının görüşlər zamanı tez-tez "YouTube"da videolara baxdığı da qeyd olunur. Digər maraqlı məsələ isə, qonaqlara İ.Maskın söhbətə yalnız özü başlayanda danışmalı olduqları bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!