İlin ən böyük sığorta ödənişi: "BAKI SIĞORTA" - 1,7 mln AZN | Banco.az

İlin ən böyük sığorta ödənişi: "BAKI SIĞORTA" - 1,7 mln AZN

Banco.az ölkənin sığorta şirkətlərinin müxtəlif sığorta növləri üzrə 2013-cü il ərzində həyata keçirdiyi ən böyük sığorta ödənişlərini təqdim edir.
Başa çatmaqda olan il ərzində Azərbaycanın sığorta bazarında ən böyük sığorta ödənişini "Bakı Sığorta" sığorta şirkəti həyata keçirib. Bu ödənişin məbləği 1,7 mln. AZN təşkil edib. Şirkətdən verilən məlumata görə, bu məbləğ işçilərin dələduzluğu və bank riskləri sığortası növü üzrə ödənilib.
Söhbət ölkə banklarının birində əməkdaşların dələduzluğu nəticəsində baş verən oğurluq, saxğakarlıq, fırıldaq, vəzifəsindən sui-istifadə, nağd pulun götürülməsi və s. kimi halların da yer aldığı hadisədən gedir. Hadisə üzrə ödəniş bu ilin may ayında həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

fins.az