IFC rəsmisi: "Qadınlar qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

IFC rəsmisi: "Qadınlar qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər"

Qadınlar qlobal səviyyədə iş saatlarının 3/2-ni işləməklərinə baxmayaraq qlobal gəlirlərinin 10%-ni qazanırlar. Bunu gender bərabərliyinə həsr edilmiş "BFB-də növbəti açılış zəngi" adlı tədbirdə çıxış edən IFC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

O qeyd edib ki, Dünyanın yalnız 25 ölkəsində qadınlar bərabər təhsil imkanlarına malikdir: "Bu gün qadınların əmək bazarında iştirak imknı kişilərə nisbətən 27% azdır. Kişilərlə müqayisədə qadınların işə qəbul imkanı azdır. Avropa və Mərkəzi Asiya ölkələrində 18,6%-lə müqayisədə Azərbaycanda şirkətlərin 2,4%-nin rəhbəri qadındır. Rəhbər heyət arasında qadınların təmsil olunduğu şikrətlər isə 4,5%-ə bərabərdir. Avropa və Mərkəzi Asiya ölkələrində bu göstərici 30%-ə bərabərdir".

Bakı. 9 mart. REPORT.AZ/ Qadınlar 2025-ci ilə qədər qlobal iqtisadiyyata 28 trln. ABŞ dolları həcmində töhfə verə bilər. Bunu gender bərabərliyinə həsr edilmiş "BFB-də növbəti açılış zəngi" adlı tədbirdə çıxış edən IFC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

"Azərbaycanda şirkətlərin cəmi 2,4%-də rəhbər qadınlardır. Bu Mərkəzi Asiya ölkələrində 30% civarındadır. Dünya üzrə gəlirlərin 10%-i qadınların payına düşür", - o bildirib.

Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Namazov deyib ki, Birjanın əməkdaşlarının 45%-i qadınlardır.

Mənbə: Report.az