İƏİT Türkiyənin bu ilki artım proqnozunu yüksəldib | Banco.az

İƏİT Türkiyənin bu ilki artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Türkiyə iqtisadiyyatı üçün 2023-cü il üzrə artım proqnozunu 3,6 faizdən 4,3 faizə yüksəldib.

Banco.az xəbər verir ki, İƏİT-in “Sentyabr ayı Aralıq İqtisadi Görünüş Hesabatı” dərc olunub.

Hesabata görə, qurum iyun ayında 2023-cü il üçün 2,7 faiz olaraq açıqladığı qlobal iqtisadiyyatın artım proqnozunu 3 faizə çatdırarkən, eyni zamanda Türkiyə iqtisadiyyatı üçün də bu proqnozu artırıb.

Hesabatda inflyasiyaya qarşı faiz artımına baxmayaraq gözləniləndən daha güclü inkişaf edən ABŞ iqtisadiyyatının bu il qlobal iqtisadiyyatdakı artımı dəstəkləyəcəyi, zəifləyən Çin iqtisadiyyatının isə gələn il qlobal iqtisadiyyata təzyiq göstərəcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qurum qlobal iqtisadiyyatın gələn il üzrə artım proqnozu isə 2,9 faizdən 2,7 faizə endirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et