I yarımillikdə “Azeri Light” markalı neftin orta qiyməti 110 dollara yaxın olub | Banco.az

I yarımillikdə “Azeri Light” markalı neftin orta qiyməti 110 dollara yaxın olub

2022-ci ilin I yarısında “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $109,95 təşkil edib.

Bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələrvə Kommunikasiya Xidmətindən məlumat verilib.

“2022-ci ilin yanvar-iyun aylarında “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $109,95 təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 68% çoxdur”, - şirkətdən bildiriblər.

Xəbər verildiyi kimi, 2022-ci ilin birinci rübünün yekunları üzrə “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $102,68 olub.

Milli Məclisin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda qəbul etdiyi dəyişikliklərə əsasən, ixracdan dövlət gərlirlərinin hesablanması zamanı neftin orta qiyməti bir barel üçün $70 götürülüb. ÜDM-in hesablanması zaman istifadə olunan neftin ixrac qiyməti bir barel üçün $85 təşkil edəcək.

Xəbər verildiyi kimi, 2021-ci ildə “Azeri Light” markalı neftin CİF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $71,6 (2020-ci ildə $43,7) təşkil edib.

Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də $15,81 səviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda $149,66 səviyyəsində qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.

Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.

İnterfaks-Azərbaycan

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et