Hollandiyada sökülüb-yığıla bilən ekoloji təmiz ofis inşa edildi - FOTO | Banco.az

Hollandiyada sökülüb-yığıla bilən ekoloji təmiz ofis inşa edildi - FOTO

Hollandiyada “Triodos Bank” qrupunun yeni ofisi ekoloji dayanıqlılığın bütün prinsiplərinə uyğun olaraq inşa edildi. Əsas material olaraq ağacdan istifadə edilib, tikinti üçün 165 mindən çox vint lazım olub. Bina gələcəkdə söküləcəyi təqdirdə başqa bir yerdə yenidən yığıla bilər. Yaxud da materiallardan istifadə edilərək tamamilə yeni bir şey ərsəyə gətirilə də bilər.

Həmçinin oxu: Avropada ən yüksək turist vergisi bu ölkədə tətbiq olunacaq

Ofis binasının hündürlüyü iki mərtəbədən beş mərtəbəyə qədərdir, forması elə dizayn edilib ki, yarasalar da daxil olmaqla yerli heyvanların həyat şəraiti pozulmasın. Ofisin yaxınlığında vəhşi heyvanların və quşların susuzluğunu yatıra bilməsi üçün gölməçə də yaradılıb.

Divarların və tavandakı lyukların şəffaflığı sayəsində süni işıqlandırmadan istifadə minimuma endirilib. Ofisdə geotermal enerji istehlak edilir. Dayanacaqdakı günəş panelləri elektrikli avtomobilləri enerji ilə təmin edir, artıq enerjini isə binaya göndərir. Duş kabinlərində və tualetlərdə isə binanın damında toplanan yağış sularından istifadə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Dizaynerlər — ekoloji cəhətdən təmiz ofisin yaradıcıları öz memarlıq əsərlərini “materialların ilk müvəqqəti bankı” adlandırır. Belə ki, inşaat zamanı istifadə olunan bütün materiallar süni mühitdə materialları izləmək və tullantıları aradan qaldırmaq üçün hazırlanmış “Madaster” adlı ictimai platformada qeydiyyata alınıb. “Material pasportu” hər bir taxta parçasının ölçüsü və 1280 şüşə fasad paneli üçün istifadə olunmuş silisiumun mənbəyinə kimi kiçik detalları ehtiva edir. Bina amortizasiya müddətini başa vurduqda onun bütün hissələri ayrılıqda müxtəlif yerlərdə istifadə edilə bilər. Memarların fikrincə, bu sirkulyar iqtisadiyyata doğru atılmış vacib bir addımdır.

Həmçinin oxu: “Marsda koloniya yaradılmasına 20 il vaxt və min Starship gəmisi lazımdır”

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et