Müəllif: Tamara Mustafayeva, Banco.az
Keynsin iqtisadi nəzəriyyəsini yenidən şərh edən alimlər İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər.
Banco.az xəbər verir ki, Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası bazar ertəsi açıqlayıb ki, Stenford Universitetindən Robert E. Holl və Kolumbiya Universitetindən Maykl Vudford “makroiqtisadi sabitliyin mikroiqtisadi əsasları” sahəsində apardıqları tədqiqatlara görə 12 milyon İsveç kronu (1,2 milyon dollar) məbləğində mükafatı bölüşəcəklər.
Açıqlamada deyilir: “Bu ilin İqtisadiyyat elmləri üzrə laureatları Robert E. Holl və Maykl Vudford sabitliyi təmin edən siyasət tədbirlərini səmərəli həyata keçirmək imkanlarımızı əhəmiyyətli dərəcədə yaxşılaşdıran yeni makroiqtisadi modellər hazırlayıblar. Bu modellər əsasında vaxtında görülən fiskal və pul siyasəti tədbirləri iqtisadiyyatda yüksəliş və tənəzzül dövrlərinin təsirlərini azalda bilər”.
Robert E. Holl 1943-cü ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. O, 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsi alıb. Hazırda Stenford Universitetində professor vəzifəsində çalışır.
Maykl Vudford 1955-ci ildə ABŞ-ın Massaçusets ştatında anadan olub. O, 1983-cü ildə Massaçusets Texnologiya İnstitutundan doktorluq dərəcəsi alıb. Kolumbiya Universitetinin professorudur.
Bizi sosial şəbəkələrdən izləyin!!
