Avropada ən yüksək turist vergisi bu şəhərdə tətbiq olunacaq | Banco.az

Avropada ən yüksək turist vergisi bu şəhərdə tətbiq olunacaq

Avropada ən yüksək turist vergisi 2020-ci ildə Amsterdamda təyin ediləcək. 

Banco.az xəbər verir ki, toplanan vəsait tarixi binaların və mədəni irs obyektlərinin bərpasına, şəhərin park və çay kanallarının təmizlənməsinə xərclənəcək. 

Bir otel otağının dəyərinə əlavə olaraq onun 7%-i məbləğində ödəniş edən turistlər Hollandiyanın paytaxtında yerləşdirmə məntəqəsində keçirdikləri bir gecəyə görə adambaşına 3 avro da ödəməli olacaq. 16 yaşa qədər uşaqlar isə vergidən azaddır. 

Ən sərfəli kredit üçün müraciət et

Amsterdam hakimiyyəti kempinq yerləşməsinə də 1 avro vergi tətbiq edib. Mənzil kirayəsinə tətbiq olunan vergi 10% artırılıb. Həmçinin mənzili artıq xüsusi mülkiyyətin bronlaşdırılması xidməti olan “Airbnb”də rezervasiya edəcəklər. Şəhərə qayıqla daxil olan turistlər 8 avro vergi ödəməli olacaq. 

Belə güman olunur ki, yeni vergilərin tətbiqi Amsterdamın büdcəsinə ildə 100 milyon avro civarında gəlir gətirəcək. 

Hər il Amsterdamı 18 milyon əcnəbi ziyarət edir. Bu isə Hollandiyanın sakinlərinin sayından daha çoxdur. 

Nigar Umaxanlı, Banco.az