"Marsda koloniya yaradılmasına 20 il vaxt və min Starship gəmisi lazımdır" | Banco.az

"Marsda koloniya yaradılmasına 20 il vaxt və min Starship gəmisi lazımdır"

“SpaceX”in rəhbəri Elon Mask Twitter hesabında bildirib ki, Marsda məskunlaşmaq üçün minə yaxın “Starship” raketinin hazırlanması və kosmosa buraxılması lazımdır. İnfrastrukturun inkişafı isə 20 il çəkəcək. Marsda koloniya yaratmaq üçün milyonlarla ton avadanlıq və resurs tədarük edilməlidir. Lakin Yer və Mars iki ildə bir dəfə yaxınlaşdığına görə davamlı olaraq raket buraxmaq mümkün deyil. 

Həmçinin oxu: Tarixdə ilk dəfə olaraq ən uzun birbaşa uçuş sınaqdan keçirildi  

Starship üzərində iş hələ yekunlaşmayıb. Mask 2019-cu ilin sentyabrında dəfələrlə istifadə edilə bilən raket layihəsini təqdim etdi. Onun hesablamalarına görə, bir heyətlə orbitə çıxan ilk Starship uçuşları 2020-ci ilin ortalarında başlaya bilər. “SpaceX” rəhbəri Marsda baza qurulana qədər hər Starship uçuşunun şirkətə 2 milyon dollardan baha başa gəlməyəcəyini düşünür. 

 Starship  maksimum təkrar istifadə üçün nəzərdə tutulub. Fəza gəmisi sadəcə texniki və yanacaqdoldurma xidməti üçün fasilə verməklə sutkada 3 dəfə kosmosa uça biləcək. Elon Mask ümid edir ki, bir gəmi ildə minə yaxın uçuş edə biləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Hansı milyonerlər ucuz evdə yaşayır? 

 İlon Mask: 

“Falcon raketlərimizin sayı qədər, yəni təxminən yüz Starship gəmisi hazırlasaq və hər biri 100 ton yükü kosmosa çıxarsa, onda ötürmə qabiliyyəti ildə 10 milyon ton faydalı yükə çatacaq”.  

 Onun sözlərinə görə, hazırda bütün mövcud kosmik aparatlar il ərzində orbitə 500 tona yaxın faydalı yük daşıyır. 

“TechCrunch” qeyd edir ki, Marsda koloniya yaratmağa başlamazdan əvvəl bəşəriyyət planetə ən az bir dəfə pilotlu kosmik gəmi ilə uçuş təşkil etməlidir. “SpaceX” Marsa ilk yük gəmisini 2022-ci ildə göndərməyi, heyət ilə ilk uçuşu isə ən tez 2024-cü ildə həyata keçirməyi planlaşdırır.
 

Nigar Umaxanlı, Finco.az 

Ən sərfəli krediti almaq üçün müraciət et