Hindistanlı şirkət Böyük Britaniyanın avtomobil sektoruna iri həcmli investisiya yatıracaq | Banco.az

Hindistanlı şirkət Böyük Britaniyanın avtomobil sektoruna iri həcmli investisiya yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tata Group” Böyük Britaniyaya 4 milyard funt sterlinq sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, Hindistanda yerləşən “Tata Group”un İngiltərədə elektrikli avtomobil akkumulyatoru fabrikinə 4 milyard funt sterlinq dəyərində sərmayə qoyacağı açıqlanıb.

Britaniya Baş Nazirinin Ofisi və Ticarət Departamenti tərəfindən edilən açıqlamaya görə, “Tata GroupÜun elektromobil akkumulyatoru fabriki investisiyası İngiltərənin avtomobil sektoruna ən böyük investisiyalardan biri olacaq.

Sözügedən investisiyasının 4 min birbaşa iş yeri yaratması, eyni zamanda inşa ediləcək fabrikin də 2030-cu ilə qədər tələb olunan batareya istehsalının yarısını ödəyəcəyi hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Vurğulanıb ki, “Tata Group”un Böyük Britaniyaya 4 milyard funt sterlinq dəyərindəki investisiyası şirkətin Hindistandan kənardakı ilk böyük sərmayə qoyuluşudur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et