Həyat sığortası bank depozitindən sərfəli imiş - SIĞORTAYA MARAQ ARTIR | Banco.az

Həyat sığortası bank depozitindən sərfəli imiş - SIĞORTAYA MARAQ ARTIR

Bu ilin sonunadək Azərbaycanın sığorta bazarında 16-20% artım gözlənilir. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov ASA-nın 2014-cü il üzrə planlarının və Jurnalistlər Klubunun təqdim olunması ilə bağlı tədbirdə bildirib. Onun sözlərinə görə, artımın səbəbi insanların sığortaya daha çox maraq göstərməsidir: "Son bir neçə ayda iri ticarət obyektlərinin yanması və buradakı sahibkarların zərərlə üzləşmələri də əhali arasında əmlakın sığortasına marağı artırıb. İnsanlar görür ki, obyekt yandıqda onun sahibi kompensasiya alsa da, buradakı malların sahibləri, yəni icarədarlar ödəniş ala bilmirlər. Halbuki, yanğın zamanı ən böyük zərər onlara dəyir".
Qeyd edək ki, yanvar-fevral aylarının nətiələrinə görə, sığorta haqlarının yığımı 16%, ödənişlər 17% artıb. Orxan Bayramov bildirib ki, ilin sonunadək ödənişlərin artım səviyyəsi daha da yüksələcək.
Ciddi artım gözlənilən sığorta növlərindən biri də həyat sığortası, yəni, həyatın yaşam sığotasıdır. İlk iki ayda bu sahədə ötən il ilə müqayisədə 66% artım baş verib. İnsanlar həyatın yaşam sığortasının imkanlarını gördükcə ona daha çox maraq göstərirlər: "İnsanlar gördükdə ki, bu sığorta vasitəsilə pul yığmaq bank depozitindən daha sərfəlidir, onda buna maraq göstərirlər", deyə O.Bayramov bildirib.   

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az