Hansı bankdan pul köçürərkən həm də qazana bilərsiniz? | Banco.az

Hansı bankdan pul köçürərkən həm də qazana bilərsiniz?

Əminik ki, hər kəs az da olsa Pul köçürmələri haqda eşitmiş olar. Pul köçürməsi – bank və ya poçt sistemi ilə pul vəsaitlərinin köçürülməsidir. Pul köçürmələri struktrunda həmişə yollayan, alan və ötürən şəxs iştirak edir. Pul köçürmələri daxili – ölkədaxilində və xarici – xarici dövlətlərə olmaqla 2 yerə ayrılır.

Bəzi banklar xidmətlərinin daha seçilən və cəlbedici olması baxımından pul köçürmələri üçün bir sıra kampaniyalar həyata keçirirlər. Kampaniyalar hədiyyələrin verilməsi və ya komisyon haqlarının aşağı salınması formasında baş verir. Bu tipli aksiyalar mütəmadi olaraq yenilənir. Banco.az sizlərə hazırda qazandıran pul köçürmələrini təqdim edir.

1. AccessBank - Hər onuncu köçürmə 0%-lə kampaniyası

AccessTransfer vasitəsi ilə köçürmə edən müştərilər* üçün hər 10-cu köçürməni 0% komissiya ilə aparmaq imkanı yarandı!

Kampaniyadan yararlanın, pulunuz sərfəli şərtlərlə, etibarlı vasitə ilə dərhal ünvanına çatsın!

*Kampaniya yalnız fiziki şəxslərə şamil olunur

“ACCESSTRANSFER” təcili pulköçürmə sistemi üzrə tariflər

Valyuta AZN/USD/EUR
Məbləğ <=3 000 3 001 - 6 000 >= 6 001
Komissiya 0.4%
min. 2 AZN/USD/EUR
0.3%
min. 11 AZN/USD/EUR
0.2%
min. 15 AZN/USD/EUR

- 10-cu köçürmənin məbləği ondan əvvəl həyata keçirilən 9 köçürmənin ümumi məbləğindən böyük olmamalıdır;

- Gün ərzində maksimum 3 köçürmə kampaniyada iştirak edə bilər.

"AccessBank" müştərilərə təcili pul köçürmə sistemlərini təklif edir - Access Transfer, Western Union, Monex, Contact, Blizko, Zolotaya Korona, Lider və Forsaj.

2. Atabank - “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 

Aksiyanın şərtlərinə əsasən, “AtaBank”ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 20 min RUB məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 1 min AZN/ USD/EUR və ya 40 min RUB pul köçürənə və ya alana isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur. 

Ən sərfəli kredit üçün müraciət et

500 - 1000  AZN/EUR/USD­   köçürmə və ya ödəm­ə üçün  - 1 manat

1001 - 2000 AZN/EUR/USD­   köçürmə və ya ödəm­ə üçün   - 2 manat

2001 - 5000 AZN/EUR/USD­   köçürmə və ya ödəm­ə üçün   – 3 manat

5001 AZN/EUR/USD­   artıq məbləğdə köçürmə və ya ödəm­ə üçün  - 5 manat

Hazırda bank öz müştərilərinə 6 növ sürətli pul köçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Western Union, Zolotaya Korona, Blizko, Xəzri, Contact və Lider sürətli pul köçürmə  sistemləridir.

3. Dəmirbank - “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə”

500 - 2000  AZN/EUR/USD­   köçürmə və ya ödəm­ə üçün  - 1 manat

2000 AZN/EUR/USD­   artıq məbləğdə köçürmə və ya ödəm­ə üçün  - 2 manat

Hazırda bank öz müştərilərinə 9 növ sürətli pul köçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Şimşək, Western Union, Zolotaya Korona, Blizko, UPT, Forsaj, Monex, Contact və Lider sürətli pul köçürmə  sistemləridir.

4. Expressbank - PUL KART

Expressbank filiallarında istənilən təcili pul köçürməsi sistemi ilə pul göndərən və ya alan müştərilərə Pul Kart hədiyyə olunur. Bu karta hər pul köçürməsi zamanı bonus qismində pul yığılır.

Bu kartın hesabına həmçinin nağd pul köçürmək mümkündür. Həmin məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman komissiya tutulmur. SMS məlumatlandırma sistemi pulsuzdur.

Expressbank-ın istənilən filialına yaxınlaşmaqla xaricə pul göndərə və ya xaricdə yaşayan yaxınlarınızdan pul qəbul edə bilərsiniz. Pul köçürmə sistemlərindən yalnız fiziki şəxslər istifadə edə bilərlər. Göndərdiyiniz pul dünya miqyaslı təhlükəsizlik sistemi tərəfindən mühafizə olunur və pulunuzun vaxtında və yalnız göndərilən adama çatacağına zəmanət verir. 

Expressbank müştərilərə təcili pul köçürmə sistemlərini təklif edir - Contact, Zolotaya Korona, Lider, İBA-EXPRESS, Xəzri və Monex.

5. Rabitəbank - “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə”

500 - 2000  AZN/EUR/USD­   köçürmə və ya ödəm­ə üçün  - 20 dəqiqə (Azercell, Bakcell)

2000 AZN/EUR/USD­   artıq məbləğdə köçürmə və ya ödəm­ə üçün  - 40 dəqiqə (Azercell, Bakcell)

Rabitəbank müştərilərə təcili pul köçürmə sistemlərini təklif edir - Western Union, Blizko, Contact, Zolotaya Korona, Lider, İBA-EXPRESS və Manat Express.