Müəllif: Tamara Mustafayeva, Banco.az
"Google" Rusiyada fəaliyyət göstərən məzmun istehsalçılarının "AdSense"dən pul qazanma imkanını dayandırıb.
Banco.az xəbər verir ki, bu barədə "Google" şirkətindən açıqlama verilib.
"Rusiyada davam edən hadisələrə görə bu ölkədən fəaliyyət göstərən məzmun yaradıcılarının AdSense, AdMob və Ad Manager ilə pul qazanmaq imkanlarını dayandırırıq", açıqlamada deyilir.
ABŞ mətbuatında yer alan və bir şirkət sözçüsünün bəyanatlarına əsaslanan xəbərlərdə də bildirilib ki, Rusiyada yerləşən AdSense hesablarına artıq ödənişlər edilməyəcək və bu hesablar 2024-cü ilin avqust ayından etibarən ləğv ediləcək.
Xəbərdə qeyd olunub ki, ölkədəki yayımçıların iyul ayında əldə etdikləri qazanclar avqustun 21-26-da paylanacaq.
Xatırladaq ki, "Google" 2022-ci ilin fevralında Ukraynadakı müharibə ilə əlaqədar Rusiya dövlət mediasının reklamını və monetizasiyasını dayandırmış və 2022-ci ilin mart ayından etibarən Rusiyadakı istifadəçilərə reklam verilməsini başa çatdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!