Gömrükdən külli miqdarda aksesuar müsadirə edilib | Banco.az

Gömrükdən külli miqdarda aksesuar müsadirə edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən  verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakı Karqo Terminalına, Azərbaycan vətəndaşının adına gömrük bəyannaməsində göstərildiyi kimi, mobil telefon aksesuarları - LCD ekranlar və telefon üzlükləri daxil olub. Lakin mallara rentgen aparatı ilə baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb və bununla bağlı təkrar gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı, LCD ekran qutularına qablaşdırılan, gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində göstərilməyən cəmi 6930 ədəd yaddaş kartı aşkar olunub.

Ən sərfəli kredit üçün müraciət et

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et