G7 üzvləri Rusiyadan neft almaq istəyən ölkələri yekdil olmağa çağırıb | Banco.az

G7 üzvləri Rusiyadan neft almaq istəyən ölkələri yekdil olmağa çağırıb

Müəllif - Aida İsaq, Banco.az

G7 üzvləri ölkələri Rusiyanın neft və neft məhsullarını dəniz yolu ilə idxal edərkən qiymət limitindən istifadə etməyə çağırıb. 

Banco.az xəbər verir ki, bu barədə rəsmi bəyanatda qeyd olunur. G7 dövlətlərinin liderləri öz bazarlarında Rusiyanın xam neft və neft məhsullarından tədricən imtina etmək qərarlarını təsdiqləyiblər. Eyni zamanda üzv ölkələrin Rusiyaya iqtisadi təzyiqləri artıracaqları qeyd olunur.

Xatırladaq ki, dekabrın 5-də G7 ölkələri, Aİ və Avstraliya arasında Rusiya neftinin qiymət limiti ilə bağlı əldə olunan razılaşma qüvvəyə minib. Qiymət səviyyəsi 60 dollar/barel olaraq müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et