Fransızların 70%-i miqrasiya siyasəti ilə bağlı referendumu dəstəkləyir | Banco.az

Fransızların 70%-i miqrasiya siyasəti ilə bağlı referendumu dəstəkləyir

Müəllif:Ayşən İmanova/Banco.az

Fransızların böyük əksəriyyəti Fransanın immiqrantlarla bağlı siyasətinin dəyişdirilməsi məsələsinin referenduma çıxarılmasının tərəfdarıdır.

Banco.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, respondentlərin 69%-i Fransanın miqrasiya siyasətinə səsvermənin lehinə, qalan 31% isə əleyhinə çıxıb.

Qeyd olunur ki, belə bir təşəbbüsə dəstək səviyyəsi yaş kateqoriyasından asılı olaraq dəyişir. Belə ki, yaşı 65-dən yuxarı olan respondentlər arasında referendumu zəruri hesab edənlərin sayı 73 faizdir. 18-24 yaş qrupunda isə 54% belə səsvermə ideyasını dəstəkləyir.

“Respublikaçılar” Partiyası daha əvvəl immiqrasiya qanunlarını sərtləşdirmək üçün qanun layihəsini təqdim edəcək referendumun keçirilməsini təklif etmişdi. Bundan əvvəl partiya nümayəndələri parlamentarilərdən bu təklifi dəstəkləmək üçün 190 imza toplayıb. Hal-hazırda bu təşəbbüsə Fransa Konstitusiya Şurası baxır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sorğu aprelin 9-10-da keçirilib. Orada 1 minə yaxın insan iştirak edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et