"Forbes" Rusiyanın ən iri özəl şirkətlərinin reytinqini tərtib edib | Banco.az

"Forbes" Rusiyanın ən iri özəl şirkətlərinin reytinqini tərtib edib

"Lukoyl" neft şirkəti Rusiyanın ən böyük özəl şirkətlərinin reytinqində liderliyini qoruyub.

Bu barədə "Forbes" nəşri tərəfindən tərtib edilən Rusiyanın ən iri özəl şirkətlərinin reytinqində deyilir.

Məlumata əsasən, 2020-ci il ərzində "Lukoyl"un gəliri 5639 milyard rubl təşkil edib, bu isə ötən daha öncəki il ilə müqayisədə 28 faiz azdır. Şirkətin əməkdaşlarının sayı 108 min nəfər təşkil edir.

Reytinqdə ikinci yeri 1978 milyard rubl gəlirlə "X5 Retail Group", üçüncü yerdə 1553,8 milyard rubl gəlirlə "Maqnit", dördüncü yerdə 1124,2 milyard rubl gəlirlə "Norilsk nikel", beşinci yerdə isə 1 075 milyard rubl gəlirlə "Surqutneftqaz" şirkəti qərarlaşıb.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et